AZ

ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq edib

ABŞ İranın hərbi proqramlarını dəstəklədiyi üçün digər ölkələrdən olan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir.

Bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran, Çin, Almaniya, Portuqaliya və Uruqvaydan olan 30-dan çox fiziki və hüquqi şəxsi müəyyən edib. Onların hamısı kütləvi qırğın silahlarının yayılması ilə bağlı proqramlarda və ixrac nəzarətinə məruz qalan fəaliyyətlərdə iştirakda şübhəli bilinirlər.

ABŞ-nin maliyyə naziri Skot Bessentin bəyanatına görə, sanksiyalar BMT Təhlükəsizlik Şurasının İrana qarşı təsdiq etdiyi sanksiyaların yenidən qüvvəyə minməsinə dəstək məqsədilə tətbiq edilib. O vurğulayıb ki, Vaşinqton İranın ballistik raket və hərbi təyyarə proqramlarını dəstəkləyən İranın silah tədarükü şəbəkələrini hədəfləyir.

MənbəOXU.AZ
Seçilən
3
9
banker.az

10Mənbələr