AZ

Mümkün NATO-Rusiya qarşıdurmasında vurulacaq ilk hədəf açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin "Gerald R. Ford" aviadaşıyıcı gəmisi NATO-nun Rusiya ilə birbaşa qarşıdurması halında əsas hədəflərdən birinə çevrilə bilər.
Oxu.Az bu barədə "The National Interest" nəşrinə istinadən xəbər verir.
Nəşr xatırladır ki, gəmi bu yaxınlarda Şimal dənizində manevrlər zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupuna rəhbərlik edib. Bununla belə, bu tip gəmilərdə istifadə edilən qabaqcıl texnologiyalara baxmayaraq, onların müdafiəsizliyi yüksək olaraq qalır.
Nəşrin yazdığına görə, "Ford" sinifli təyyarədaşıyan gəmilərin Rusiyanın müasir sistemlərinə, xüsusən də hipersəsli raketlərə və sualtı qayıqlara qarşı effektiv müdafiəsi praktiki olaraq yoxdur. Bu xüsusiyyət real münaqişə halında həlledici rol oynaya bilər.
Seçilən
9
2
oxu.az

10Mənbələr