AZ

Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib - FOTO

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun "Kopenhagen" futbol klubu üzərində qələbəsi münasibətilə sosial şəbəkələrdə paylaşım edib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".

  • Prezident
  • Prezident
Seçilən
15
49
day.az

10Mənbələr