"Football-plus.az" xəbər verir ki, dövlət başçısının rəsmi Feysbuk səhifəsində yayımlanan təbrikdə bildirilib:
“Danimarka çempionu “Kopenhagen” üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.