AZ

“Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzuları Azərbaycanın da bölüşdüyü prinsiplərdir - Sahibə Qafarova

Bakı. Trend:

"Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzuları Azərbaycanın dabölüşdüyü prinsiplərdir.

Trend xəbər verir ki, bufikri Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də CənubiAfrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20)ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılışmərasimində çıxışı zamanı səsləndirib.

Parlamentin spikeri xatırladıb ki, bir neçə gün əvvəl AzərbaycanPrezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-cisessiyasındakı nitqində ölkəmizin baxışını - beynəlxalq hüquqaəsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq,qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququnnorma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz əraziləriniErmənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiqqalıb. Ermənistanla sülh prosesinə başlayarkən və bu ilinavqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onudavam etdirib.

Seçilən
2
8
az.trend.az

9Mənbələr