AZ

Hindistan və Çin beş ildən sonra qarşılıqlı uçuşları bərpa edir

Hindistan və Çin beş ildən sonra qarşılıqlı uçuşları bərpa edir.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Hindistanın xarici işlər nazirliyi məlumat yayıb.

Hindistanın ən böyük aviasiya şirkəti olan “İndiGo” oktyabrın 26-dan başlayaraq Çinə uçuşları bərpa edəcək.

Qeyd edək ki, 2020-ci ildə iki ölkə arasında baş verən sərhədboyu toqquşmalardan sonra Hindistan-Çin əlaqələri böhranlı vəziyyət almış və uçuşlar qarşılıqlı olaraq dayandırılmışdı.

Son vaxtlar isə Pekin və yeni Dehli arasındakı münasibətlərdə normallaşmaya doğru irəliləyişlər müşahidə olunur.

Ötən ay Hindistanın Baş naziri Narendra Modi yeddi il ərzində ilk dəfə Çinə səfər edib.

Seçilən
24
7
apa.az

8Mənbələr