Hindistan və Çin 5 ildən sonra qarşılıqlı uçuşları bərpa edir.
Xalqcebhesi.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici işlər nazirliyi məlumat yayıb.
Hindistanın ən böyük aviasiya şirkəti olan “İndiGo” oktyabrın 26-dan başlayaraq Çinə uçuşları bərpa edəcək.
Qeyd edək ki, 2020-ci ildə iki ölkə arasında baş verən sərhədboyu toqquşmalardan sonra Hindistan-Çin əlaqələri böhranlı vəziyyət alıb və uçuşlar qarşılıqlı olaraq dayandırılıb.
Son vaxtlar isə Pekin və yeni Delhi arasındakı münasibətlərdə normallaşmaya doğru irəliləyişlər müşahidə olunur.
Ötən ay Hindistanın Baş naziri Narendra Modi 7 il ərzində ilk dəfə Çinə səfər edib.