Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xankəndi, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xankəndi şəhər stadionunda təşkil olunan yarışların bu gün keçirilən kvalifikasiya mərhələsində qadınlar və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.
Sabah yarışların 3-cü günü baş tutacaq. Gün ərzində 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.