Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən kvalifikasiya mərhələsində qadın və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 finala yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıblar. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.
Yarışların üçüncü günü sabah keçiriləcək; gün ərzində 1/8 final, 1/4 final və yarımfinal mərhələləri baş tutacaq.