AZ

Avtomobildən sızan maddə üzünü yandırdı

Göygöl sakini bədbəxt hadisə nəticəsində ciddi yanıq xəsarəti alıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, , rayonun Balçılı kənd sakini, 1994-cü il təvəllüdlü Eşqin Abbasov üz nahiyəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olaraq qalır.

İlkin məlumata görə, qəza ehtiyatsızlıq nəticəsində baş verib.

Belə ki, E.Abbasovun avtomobilin mühərrikindən sızan kimyəvi maddənin təsirindən yanıq xəsarətləri aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
8
4
konkret.az

5Mənbələr