AZ

Avtomobildən sızan maddə üzünü yandırdı - Vəziyyəti ağırdır

Göygöl sakini bədbəxt hadisə nəticəsində ciddi yanıq xəsarəti alıb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Balçılı kənd sakini, 1994-cü il təvəllüdlü Eşqin Abbasov üz nahiyəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olaraq qalır.

İlkin məlumata görə, qəza ehtiyatsızlıq nəticəsində baş verib.

Belə ki, E.Abbasovun avtomobilin mühərrikindən sızan kimyəvi maddənin təsirindən yanıq xəsarətləri aldığı qeyd olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
9
4
cebheinfo.az

5Mənbələr