AZ

Putin: Finlandiya və İsveçin NATO-ya daxil olması səbəbindən ayrıca hərbi dairə yaratmağa məcburuq

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi Finlandiya və İsveçin NATO-ya daxil olması səbəbilə ayrıca hərbi dairə yaratmağa məcburdur.

APA-nın Moskva bürosu xəbər verir ki, Putin bu barədə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında danışıb.

"Bizim Rusiyanın o hissəsində əvvəllər heç bir silahlı qüvvəmiz olmayıb. İndi isə olacaq. Finlandiya ilə bağlı bizə deyirlər. Biz Rusiya üçün təhlükəli silahların, xüsusən də nüvə silahlarının orada yerləşdirilməsinə imkan verməyəcəyik. Biz bilirik ki, NATO-nun qərarları necə qəbul olunur. Heç kəs finlərdən bu barədə soruşmayacaq. Mən heç kimi incitmək istəmirəm, amma NATO-da qərarların necə verildiyini bilirəm", - deyən Putin Rusiyanın da Finlandiya ilə sərhəddə eyni silahlar kompleksi yerləşdirəcəyini söyləyib.

Seçilən
27
36
apa.az

10Mənbələr