Rusiya qoşunları artıq Xarkov vilayətində Kupyanskın üçdə ikisini ələ keçirib, Donetskdəki Kirovsk (Zariçne) isə Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” konfransının plenar iclasında deyib.
"Qərb qrupu praktiki olaraq bu böyük yaşayış məntəqələrindən birini, şəhərin üçdə ikisini - Kupyanskı ələ keçirib. Mərkəz artıq bizim əlimizdədir və şəhərin cənub hissəsində döyüşlər gedir. Daha bir kifayət qədər böyük şəhər Kirovsk tamamilə bizim nəzarətimizə keçib", - dövlət başçısı bildirib.