AZ

Naxçıvanda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən,  əvvəllər də məhkum olunmuş, 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.
 

Faktlarla bağlı  cinayət işi başlanılıb,  araşdırmalar davam etdirilir.

Seçilən
19
17
operativmedia.az

10Mənbələr