AZ

Naxçıvanda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı

Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
 
 
 Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən,  əvvəllər də məhkum olunmuş, 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı  cinayət işi başlanılıb,  araşdırmalar davam etdirilir.
 
 

Seçilən
1
17
7news.az

10Mənbələr