AZ

Rusiyalı nazir müavini: Xankəndi getdikcə daha da gözəlləşir

XANKƏNDİ, 3 oktyabr. TELEQRAF

“Rusiyanın nümayəndə heyəti III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışının keçirildiyi Xankəndi şəhərində olmaqdan məmnundur”.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Rusiyanın idman nazirinin müavini Aleksey Morozov deyib.

O, Xankəndi şəhərində bir çox məkanda olduqlarını söyləyib: “Bizə burada ekskursiya təşkil olundu. Yarışın keçirildiyi Xankəndi şəhər stadionu bizi çox sevindirdi. Bura tamamilə yenidir. Xankəndinin getdikcə daha da gözəlləşdiyini görürük. Burada olmaqdan xoşbəxtik”.

Seçilən
9
6
teleqraf.com

7Mənbələr