“Real” klubunun hücumçusu Kilian Mbappe La Liqanın sentyabr ayının ən yaxşı oyunçusu adına layiq görülüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti özünün "X" (əvvəlki Twitter) səhifəsində məlumat yayıb.
Sentyabr ayında fransalı futbolçu İspaniya çempionatında 4 matçda iştirak edərək 5 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Bu qarşılaşmalarda “kremli”lər 3 dəfə qələbə qazanıb, 1 dəfə isə rəqibinə məğlub olub.
Mbappe aşağıdakı komandaların qapısına qol vurub: “Real Sosyedad” (1:2), “Espanyol” (2:0), “Levante” (1:4, dubllu) və Madridin “Atletiko”su (5:2).
Futbolçunun “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, oyunçunun bazar dəyəri 180 milyon avro təşkil edir.