AZ

La Liqada ayın oyunçusu bəlli oldu

“Real”ın hücumçusu Kilian Mbappe La Liqada ayın ən yaxşı oyunçusu seçilib.

Publika.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Ötən ilin sentyabrında fransalı futbolçu La Liqada dörd matçda iştirak edib, beş qol vurub, bir məhsuldar ötürmə edib. “Real” bu görüşlərin üçündə qalib gəlib, birində isə məğlub olub.

Seçilən
6
17
publika.az

10Mənbələr