Gürcüstan paytaxtı Tiflisin İsani rayonunda Navtluqi küçəsində eyni ailənin üzvləri olduğu ehtimal edilən 3 nəfərin meyiti tapılıb.
Bu barədə Publika.az Gürcüstan KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, faciə kirayədə yaşayan xarici vətəndaşların binanın 22-ci mərtəbəsindən yıxılması nəticəsində baş verib. Ölənlər arasında 12 yaşlı uşaq və 2 yetkin insan var.