AZ

22-ci mərtəbədən yıxılaraq öldülər - Tbilisidə ailə faciəsi 

Gürcüstanın paytaxtı Tbilisinin İsani rayonunda Navtluqi küçəsində eyni ailənin üzvləri olduğu ehtimal edilən 3 nəfərin meyiti tapılıb.


Manset.az Report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, faciə kirayədə yaşayan xarici vətəndaşların binanın 22-ci mərtəbəsindən yıxılması nəticəsində baş verib. Ölənlər arasında 12 yaşlı uşaq və 2 yetkin insan var.

Gürcüstan Daxili İşlər Nazirliyi intiharı əsas ehtimal kimi nəzərdən keçirir. İstintaq davam edir.

Seçilən
15
5
manset.az

8Mənbələr