AZ

"Gürcü Arzusu" seçkilərdə qalib gəldi

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkilərində qalib gəldiyini elan edib.

Partiya bütün bələdiyyələrdə ilk turda qələbə qazandığını bildirib.

Bu arada Tbilisidə etirazçılar "Gürcü Arzusu"nun baş ofisinə yürüşə hazırlaşırlar.

Hakim partiyanın baş qərargahı yaxınlığına polis qüvvələri səfərbər olunub.

Hazırda baş ofisdə partiya rəhbərliyində təmsil olunan şəxslər toplaşıb. "Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi tədbirdə partiyanın yerli seçkilərdə qələbəsi qeyd olunur. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
10
olaylar.az

10Mənbələr