Bakı. Trend:
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının10-cu günündə 10 idman növü üzrə yarışlar keçiriləcək.
Trend xəbər verir ki, GəncədəAzərbaycanın voleybol millisi yarımfinalda Belarusla, 3x3 növü üzrəbasketbol yığması isə A qrupunda Özbəkistanla üz-üzə gələcək.Yevlaxda boks, Qəbələdə badminton, Xankəndidə kamandan oxatma,Gəncədə qılıncoynatma və güllə atıcılığı, Mingəçevirdə kanoe vəavarçəkmə yarışlarının finalları keçiriləcək. Göygöldə isə cüdoüzrə qarışıq komanda yarışları təşkil olunacaq.
III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.