AZ

III MDB Oyunları: Bu gün 10 idman növü üzrə yarışları baş tutacaq

XANKƏNDİ, 5 oktyabr. TELEQRAF

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarınında 10 idman növü üzrə yarışlar keçiriləcək.

Teleqraf xəbər verir ki, Gəncədə 15 yaşlı qızlardan ibarət Azərbaycanın voleybol millisi yarımfinalda Belarusla üz-üzə gələcək.

3x3 növü üzrə basketbol yığma isə A qrupunda Özbəkistanla qarşılaşacaq.

Yevlaxda boks, Qəbələdə badminton, Xankəndidə kamandan oxatma, Gəncədə qılıncoynatma və güllə atıcılığı, Mingəçevirdə kanoe və avarçəkmə, Göygöldə isə cüdo üzrə qarışıq komanda yarışlarına yekun vurulacaq.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
7
8
teleqraf.com

10Mənbələr