AZ

Fransanın yeni hökuməti açıqlanıb

Fransanın baş naziri Sebastien Lekornu bazar günü axşam yeni hökumətə təyinatları açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Telekanalın dərc etdiyi siyahıya əsasən, Jan-Noel Barrot xarici işlər naziri olaraq qalır. Silahlı Qüvvələr naziri vəzifəsinə keçmiş İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire təyin edilib.

Bruno Retalleau daxili işlər naziri vəzifəsini qoruyub. Roland Lescure iqtisadiyyat və maliyyə naziri təyin edilib. Gerald Darmanin yenidən ədliyyə naziri vəzifəsini icra edəcək.

Əvvəlki Fransua Bayru hökumətindən bir neçə nazir də öz vəzifələrini qoruyub. Konkret olaraq, Elisabeth Borne milli təhsil və ali təhsil naziri, Rachida Dati mədəniyyət naziri, Aqnes Pannier-Runacher ekoloji keçid naziri, Manuel Valls isə xarici ərazilər naziri olaraq qalır.

Seçilən
7
16
ucnoqta.az

10Mənbələr