Fransada yeni hökumətin birinci hissəsi təsdiqləndi — Bruno Le Mer müdafiə naziri oldu
Fransanın Baş naziri Sebastyen Lekornyunun təqdim etdiyi yeni hökumət tərkibinin ilk hissəsi Prezident tərəfindən təsdiqlənib.
Musavat.com xəbər verir ki, ən diqqətçəkən dəyişiklik keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Le Merin müdafiə naziri təyin olunması olub.
Eyni zamanda, bir sıra əsas fiqurlar öz vəzifələrini qoruyub:
– Daxili işlər naziri Bruno Retayo,
– Xarici işlər naziri Jan-Noel Barro,
– Ədliyyə naziri Jerald Darmanin vəzifələrində qalırlar.
Bundan əlavə, Raşida Dati (mədəniyyət naziri), Ketrin Votrin (səhiyyə naziri) və Enni Jenevar (kənd təsərrüfatı və ərzaq naziri) də kabinetdə fəaliyyətlərini davam etdirəcəklər.
Yeni hökumətin ikinci hissəsinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Musavat.com