Bakı. Trend:
İnnovasiya lideri “Bakcell” Azərbaycandakı Amerika TicarətPalatasının (AmCham) təşkilatçılığı ilə keçirilən “İnnovasiyalar vəsüni intellekt” adlı konfransın əsas tərəfdaşı olub.
Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli vəxarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsasməqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt vəinnovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəlqurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub.
“Azərbaycanın süni intellekt hekayəsi – innovasiyaya rəhbərlik edənyerli təşəbbüskarlar” adlı panel müzakirəsində “Bakcell”in başicraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycandatelekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrəhəyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, eləcə də,“Bakcell”in məhsul və xidmətlərində ən son texnoloji həllərintətbiq imkanlarından danışıb.
Bundan əlavə, Klaus Müller “İnnovasiya və süni intellektinAzərbaycanın rəqəmsal inkişafına təsiri” adlı dialoq formatındainteraktiv fikir mübadiləsində iştirak edib.
“İnnovasiya və süni intellekt “Bakcell”in strateji inkişafınınəsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarasıəməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya vətexnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir”,- deyə ovurğulayıb.
“Bakcell” innovasiyalar və süni intellektin tətbiqini stratejiprioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanıninnovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriniyüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təminedir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biri olan "Bakcell" süni intellekt əsaslıinnovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfəverir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOLHolding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.