AZ

"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı

style='margin-bottom:10px;'>

"Çelsi"nin kapitanı Ris Ceyms yenidən zədələnib. 

QOL.az xəbər verir ki, ingiltərəli futbolçu “Liverpul”la oyunda aldığı zədəyə görə millinin toplanışını vaxtından əvvəl tərk edib. 

İngiltərə Futbol Federasiyasının rəsmi açıqlamasında bildirilib ki, Ceyms zədəni “Çelsi”nin heyətində çıxış edərkən alıb və milli komandanın həkim heyəti ilə məsləhətləşmədən sonra oktyabr oyunlarını buraxacağı qərara alınıb.

Xatırladaq ki, cinah müdafiəçisi ötən mövsüm dizaltı vətərinə əməliyyat olunduğu üçün 40-dan çox görüşü buraxmışdı.

Seçilən
34
5
teleqraf.com

8Mənbələr