2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə kəskin miokard infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 2 911 nəfər olub.
Publika.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 1 882-si kişi, 1 029-u isə qadın olub.
Bu diaqnoz həmin şəxslərdən 73-də 18-29 yaşlarda, 2 838-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.
2020-2023-cü illərin miokardın kəskin infarktı diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:
2020 | 2021 | 2022 | 2023 | |
say/nəfər | 2229 | 2252 | 2205 | 2646 |
kişilər | 1437 | 1457 | 1426 | 1711 |
qadınlar | 792 | 795 | 779 | 935 |
18-29 yaşda | 63 | 56 | 55 | 66 |
30 və yuxarı yaşda | 2166 | 2196 | 2150 | 2580 |
Həmçinin 2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə təkrar miokard infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 793 nəfər olub