2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə miokardın kəskin infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 2 911 nəfər olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 1 882-si kişi, 1 029-u isə qadın olub.
Bu diaqnoz həmin şəxslərdən 73-də 18-29 yaşlarda, 2 838-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.
Həmçinin, 2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə miokardın təkrar infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 793 nəfər olub
Vurğulanıb ki, onlardan 480-i kişi, 313-ü isə qadın olub.
Bu diaqnoz həmin şəxslərdən 9-da 18-29 yaşlarda, 784-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.