AZ

Ceyhun Bayramov Qəbələdə Hakan Fidanla GÖRÜŞÜB

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin və hərtərəfli ittifaqının uğurla inkişaf etdiyini vurğulayıblar. Görüşdə siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat sahələri üzrə müzakirələr aparılıb. TDT çərçivəsində həmrəylik və tərəfdaşlığın ən yüksək əhəmiyyət daşıdığı qeyd olunub.

Nazirlər həmçinin regional məsələləri və qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.

Seçilən
1
8
Ajans.az

10Mənbələr