AZ

Türkiyə və Azərbaycan xarici işlər nazirləri Qəbələdə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

BAKU.WS xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz "X" hesabında məlumat verib.

"Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlər Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam. Qardaş ölkə ilə müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bütün sahələrdə möhkəmlənməkdə davam edir", - Bayramov bildirib.

O əlavə edib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı mərhələsi və perspektivləri müzakirə olunub.

Seçilən
10
10
far.az

10Mənbələr