Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq TDT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Azərbaycanda səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin və hərtərəfli ittifaqının uğurla inkişaf etdiyini vurğulayıblar. Görüşdə siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat sahələri üzrə müzakirələr aparılıb. TDT çərçivəsində həmrəylik və tərəfdaşlığın ən yüksək əhəmiyyət daşıdığı qeyd olunub.
Nazirlər həmçinin regional məsələləri və qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.
Xəbər 4 dəfə oxunub.