Bakı. Trend:
Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical InfrastructureDefence Challenge” kibertəhlükəsizlik festivalının rəsmi açılışmərasimi keçirilir.
Trend xəbərverir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgətəşkilatçılığı ilə həyata keçirilir.
Bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2 245 ziyarətçi, 934təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub.
Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi,informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektintətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması,həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığıngücləndirilməsidir.
İki gün ərzində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması,kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən 10təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin“Hack The Future 2” proqramı üzrə 6 ödənişsız təlim vəkibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyalarıbirləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanıyaradılacaq.
Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xaricişirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması vəşəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdimedecəklər.
Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışıbu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyatakeçiriləcək. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları,bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilkdəfə 5 xarici komanda iştirak edəcək. Onların arasında BirləşmişƏrəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistankomandaları yer alıb. Qalib komandalar 30 min manatlıq mükafatfonduna sahib olacaqlar.