AZ

Bakıda “CIDC 2025” kibertəhlükəsizlik festivalının bağlanış mərasimi keçirilir

Bakı. Trend:

Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical InfrastructureDefence Challenge” kibertəhlükəsizlik festivalının bağlanışmərasimi keçirilir.

Trend xəbərverir ki, festival Xüsusi Rabitə və İnformasiya TəhlükəsizliyiDövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)birgə təşkilatçılığı ilə həyata keçirilib.

Bu il “CIDC-2025” tədbirinə ümumilikdə 2 245 ziyarətçi, 934təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub.

Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi,informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektintətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması,həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığıngücləndirilməsidir.

İki gün ərzində “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması,kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən 10təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin“Hack The Future 2” proqramı üzrə 6 ödənişsız təlim vəkibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyalarıbirləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanıyaradılıb.

Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xaricişirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması vəşəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdimediblər.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışıbu il “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyatakeçirilib. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları,bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilkdəfə 5 xarici komanda iştirak edib. Onların arasında Birləşmiş ƏrəbƏmirlikləri, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistankomandaları yer alıb.

Qeyd edək ki, qalib komandalar 30 min manatlıq mükafat fonduna(1-ci yer 15 min, 2-ci yer 10 min, 3-cü yer 5 min) sahibolacaqlar.

Seçilən
15
4
az.trend.az

6Mənbələr