Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
Millilərin oyunları ilə bağlı yaranan fasilədən faydalanaraq futbolçulara qısa istirahət verən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün komandanı bir araya gətirib.
Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin verdiyi məlumata görə, "köhlənlər" "Azersun Arena"da məşqə başlayıblar.
Klub rəsmisi yoxlama oyununun nəzərdə tutulmadığını vurğulayıb. Zədəli futbolçuların Xoni Montiel və Marko Yankoviçin son vəziyyətinə gəlincə, hər iki legioner komanda istirahət etdiyi dönəmdə fərdi proqram üzrə bərpa məşqləri edib.
Xatırladaq ki, "Qarabağ" Premyer Liqanın 8-ci turunda öz meydanında nominal qonaq qismində çempionatın lideri "Turan Tovuz"la üz-üzə gələcək.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.