AZ

Arda Turan gəldi, Toralı gördü və... – “Qarabağ” “Şaxtyor”dan təklif alıb?

Son günlər yerli mətbuatda “Şaxtyor”un baş məşqçisi Arda Turanın “Qarabağ”ın futbolçusu Toral Bayramovu heyətdə görmək istədiyi haqda xəbərlərin yayıldığından xəbərdarsız.

Maraqlıdı ki, yığmamızın dünən DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdiyi oyunu izləyənlər arasında “şaxtaçılar”ın futbol direktoru Dario Srna və Arda Turan da var idi. Bəs, onlar görüşdən sonra “Qarabağ”la əlaqə yaradıbmı? Transferin reallaşmasında yönündə hansısa addım atılıbmı?

Bu suallarla “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında “Şaxtyor”dan rəsmi təklif almadıqlarını bildirdi.

Xatırladaq ki, Ağdam klubunun Toralla müqaviləsinin müddəti gələn ilin yayında bitəcək.

KƏNAN BAHADIR

Seçilən
42
37
football-plus.az

10Mənbələr