AZ

ABŞ Senatı gələn ilin hərbi büdcəsini təsdiqləyib

ABŞ

Ağ ev 2026-cı ildə silahlanmaya 925 milyard dollar xərcləyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Deyilir ki, ABŞ Senatı 2026-cı maliyyə ili üçün 925 milyard dollar məbləğində hərbi xərcləri təsdiqləyib.

Agentlik onu da qeyd edir ki, sənədin lehinə 77 deputat, əleyhinə isə 20 deputat səs verib.

Qanun layihəsində Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsünün (USAI) 2028-ci ilə qədər uzadılacağı və onun maliyyələşdirilməsinin 500 milyon dollara qədər genişləndiriləcəyi nəzərdə tutulub. Proqram Pentaqonun Amerika arsenallarından birbaşa avadanlıq tədarük etməyi deyil, istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur.

Y. QACAR
Seçilən
22
1
reyting.az

10Mənbələr