AZ

ABŞ Senatı hərbi xərcləri təsdiqlədi

ABŞ Konqresinin Senatı ölkənin 2026-cı maliyyə ili üçün (1 oktyabrda başlayıb) 925 milyard dollar həcmində hərbi xərcləri təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, sənədin lehinə 77 qanunverici, əleyhinə isə 20 nəfər səs verib.

Bundan əlavə, Ukraynaya təhlükəsizlik sahəsində yardım təşəbbüsünün (Ukraine Security Assistance Initiative, USAI) müddəti 2028-ci ilə qədər uzadılacaq və bu proqramın maliyyələşdirilməsi 500 milyon dollara qədər artırılacaq. Proqram çərçivəsində Pentaqon texnikanı birbaşa ABŞ arsenalından göndərmək əvəzinə istehsalçılarla müqavilələr bağlayacaq.

Sentyabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatası 2026-cı il üçün hərbi xərcləri təxminən 900 milyard dollar məbləğində təsdiqləmişdi, bunun 400 milyon dolları Ukraynaya yardım üçün nəzərdə tutulmuşdu.

Seçilən
20
21
publika.az

10Mənbələr