AZ

“Şüşəplastmas” ASC səhmdarlarının yığıncağı keçiriləcək

21 noyabr 2025-ci il saat 9.30-da “Şüşəplastmas” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 ünvanında baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. İdarə heyəti sədrinin seçilməsi.

2. “Şüşəplastmas” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.

Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə (050) 265- 48-87 nömrəli telefonla əlaqə saxlayıb və ya cəmiyyətin ünvanında tanış olmaq mümkündür.

Seçilən
19
2
fed.az

5Mənbələr