AZ

“Şüşəplastmas” şirkətinə yeni sədr seçiləcək

21 noyabr 2025-ci il saat 9.30-da “Şüşəplastmas” ASC-də (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24) “Şüşəplastmas” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. İdarə heyəti sədrinin seçilməsi. 2. “Şüşəplastmas” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.

Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə (050) 265- 48-87 nömrəli telefonla əlaqə saxlayıb və ya cəmiyyətin ünvanında tanış olmaq mümkündür.

Xatırladaq ki, ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 297 348 AZN-dir və qanuni təmsilçisi Bəxtiyar Axundzadədir.

Seçilən
5
2
banker.az

5Mənbələr