“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də tarixi rekorda imza atıb.
Publika.az xəbər verir ki, 38 yaşlı argentinalı əfsanə liqa tarixində ardıcıl 9 çempionat oyununda fərqlənən ilk futbolçu olub. Bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.
“Atlanta”ya qarşı keçirilən oyunda Messi dubl edib və komandasına 4:0 hesablı inamlı qələbə qazandırıb.
Argentina futbolçusu 26 qolla MLS-in bombardirlər cədvəlinə başçılıq edir və “Los-Anceles”in qabonlu yarımmüdafiəçisi Deni Buanqadan 2 top (24 qol) irəlidədir.