Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də tarixi rekorda imza atıb.
Axar.az xəbər verir ki, 38 yaşlı argentinalı əfsanə liqa tarixində ardıcıl 9 çempionat oyununda fərqlənən ilk futbolçu olub.
“Atlanta”ya qarşı keçirilən oyunda Messi dubl edib və komandasına 4:0 hesablı inamlı qələbə qazandırıb.
Argentina futbolçusu 26 qolla MLS-in bombardirlər cədvəlinə başçılıq edir və “Los-Anceles”in qabonlu yarımmüdafiəçisi Deni Buanqadan 2 top (24 qol) irəlidədir.
“İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 62 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın müntəzəm mövsümdə keçirməli olduğu bir oyun qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.