AZ

Rəşad Dağlının oğlu atasının adını yenidən gündəmə gətirdi VİDEO

Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov karate turnirində çempion titulunu qazanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Yusif özü şəxsi “İnstagram” hesabında paylaşım edib.

O, uğuruna görə məşqçilərinə və komanda yoldaşlarına təşəkkürünü bildirib. Marqarita pizza

Onu təbrik etməyə Azərbaycan karateçisi, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev də gəlib. R.Ağayev bildirib ki, Yusifi qardaşının balası sayır, uğuruna  sevinir və belə bir məqamda yanında olmaqdan qürur duyur. 

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən hadisədən sonra həbs olunub. Meyxanaçı yaşadığı ünvanda qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əsmətxanım Rzazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
yenisabah.az

4Mənbələr