AZ

Rəşad Dağlının oğlu atasının adını yenidən gündəmə gətirdi

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov karate turnirində çempion titulunu qazanıb.

Publika.az xəbər verir ki, bu barədə Yusif özü şəxsi “İnstagram” hesabında paylaşım edib.

O, uğuruna görə məşqçilərinə və komanda yoldaşlarına təşəkkürünü bildirib.

Onu təbrik etməyə Azərbaycan karateçisi, 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev də gəlib. R.Ağayev bildirib ki, Yusifi qardaşının balası sayır, uğuruna sevinir və belə bir məqamda yanında olmaqdan qürur duyur.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da baş verən hadisədən sonra həbs olunub. Meyxanaçı yaşadığı ünvanda qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqlayaraq qətlə yetirib.

Seçilən
17
3
publika.az

4Mənbələr