Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampın regionda sülhün qorunmasında mühüm rol oynadığını deyib.
News365.az xəbər verir ki, o, bu sözləri Yaxın Şərq Sülh Sammitində deyib.
Onun sözlərinə görə, Tramp və komandası vaxtında müdaxilə etməsəydi, Hindistanla Pakistan arasında gərginlik nüvə müharibəsinə çevrilə bilərdi. Şərif bildirib ki, Trampın diplomatik səyləri sayəsində bölgə böyük bir fəlakətdən xilas olub.