AZ

Şahbaz Şərif Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi - VİDEO

Pakistanın baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

Bizim.Media xəbər verir ki, Şahbaz Şərif bu barədə Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində çıxışı zamanı bildirib.
 

“Mən bu böyük prezidentin yenidən Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək istəyirəm. O, ən layiqli namizəddir. Cənab prezident, nümunəvi liderliyinizə görə sizə ehtiramımı çatdırıram”, — deyə Şahbaz Şərif bildirib.


Onun sözlərinə görə, əgər Tramp Hindistan və Pakistan arasındakı münaqişəyə müdaxilə etməsəydi, milyonlarla insan həlak ola bilərdi.



Bizim.Media

Seçilən
12
1
bizim.media

10Mənbələr