AZ

DÇ-2026: Ukrayna-Azərbaycan oyununda ilk hissə başa çatıb – YENİLƏNİB-2

Bakı, 13 oktyabr, AZƏRTAC

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.

Azərbaycan millisinin qoluna 45+3-cü dəqiqədə Nəriman Axundzadə imza atıb.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

23:23

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün 30-cu dəqiqəsində rəqibin heyətində Qutsulyak fərqlənib.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Seçilən
37
4
azertag.az

10Mənbələr