AZ

DÇ 2026: Ukrayna millisi Azərbaycan yığmasına qalib gəlib YENİLƏNİB 5

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv IV tur çərçivəsində Polşada Ukrayna yığmasının qonağı olub. Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci sırada yer alıb.

00:20

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün 64-cü dəqiqəsində rəqibin heyətində Malinovskiy diqqət mərkəzinə düşüb - 2:1.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

23:50

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün ilk yarısından sonra hesab 1:1-dir.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

23:40

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.

Azərbaycan millisinin qoluna 45+3-cü dəqiqədə Nəriman Axundzadə imza atıb.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

23:23

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüşün 30-cu dəqiqəsində rəqibin heyətində Qutsulyak fərqlənib.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
azertag.az

10Mənbələr