“Bizim təzyiqimiz vacib olaraq qalır. İsrail öz öhdəliklərini yerinə yetirməlidir”,- avropalı məmurlardan biri deyib.
![]() |
Əs-Sisi:"Şarm əl-Şeyx Sülh Sammiti həlledici tarixi andır" |
- Qəzzadakı silahlı münaqişə boyu AK İsrailə diplomatik təzyiq göstərmək üçün sazişin qismən dondurulması planına bütün Aİ üzv dövlətlərindən dəstək ala bilmədi. Ona görə də sənədin bir neçə ticarət müddəasının dayandırılması prosesi heçbaşlanmayıb”, - AK-nin təmsilçisi vurğulayıb.
Xatırladaq ki, oktyabrın 13-də Şarm əl-Şeyxdə Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün israilli girovların azad edilməsi üçün çağırılan sülh sammiti keçirilib.
Sammit çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Tamim bin Həməd Al Tani, ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Fələstin anklavında yekun atəşkəs sazişini imzalayıblar.
Misir prezidentinin dəftərxanasının məlumatına görə, sammit iştirakçıları Trampın Qəzzadakı münaqişənin həlli planının növbəti mərhələlərinin, o cümlədən idarəetmə, infrastrukturun bərpası və siyasi nizamlanma məsələlərinin həyata keçirilməsinə çağırıblar.
Sahil İsgəndərov
AzVision.az