Pentagon mənbələrinə görə, bu ölkələr regionda humanitar və təhlükəsizlik missiyasına rəhbərlik etmək üçün əsas namizədlərdir...
Poliqon xəbər verir ki, Politico məşrinin ABŞ-nin Müharibə Nazirliyinə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, İndoneziya, Azərbaycan və Pakistan Qəzza sektoruna “normallaşdırms qüvvələri” göndərmək üçün əsas namizədlər hesab olunur. Bu addım regionda gərginliyin azalmasına və humanitar yardımların təhlükəsiz şəkildə çatdırılmasına yönəlib.
Mənbələr bildirir ki, planlaşdırılan qüvvələr həm təhlükəsizlik təminatı, həm də humanitar yardımın paylanmasına nəzarət edəcək. Hər üç ölkənin həm hərbi, həm də inzibati strukturları bu missiyanın həyata keçirilməsində təcrübəyə malikdir.
Pentagon və ABŞ administrasiyası Qəzza ətrafında mümkün hərbi eskalasiyaya qarşı beynəlxalq koordinasiyanın gücləndirilməsini prioritet hesab edir. Eyni zamanda, bu qüvvələrin regiondakı sabitliyi qorumaq və mülki əhaliyə təhlükəsiz şərait yaratmaq məqsədilə çalışacağı bildirilib.
Politico-nun mənbələrinə görə, razılaşmanın detalları hələlik tam açıqlanmayıb, lakin diplomatik danışıqların davam etdiyi qeyd olunur.
Poliqon.info